Bütün məqalələr /

Onlayn qeydiyyatdan necə keçmək olar

Aviaşirkətin saytı və ya daşıyıcıdan məktub vasitəsilə

Qeydiyyat adətən uçuşdan 24 saat əvvəl açılır və uçuşdan 40 dəqiqə əvvəl bitir. Aviaşirkət poçtunuza qeydiyyat linki olan məktub göndərir. Əgər məktub gəlməyibsə, sadəcə aviaşirkətin saytına daxil olun, orada “Onlayn qeydiyyat” bölməsini tapın və göstərişlərə əməl edin.
Qeydiyyatdan keçərkən sizə aşağıdakı məlumatlar lazımdır:
  • sərnişinin soyadı və adı;
  • sifariş kodu (və ya PNR - altı rəqəmli kod) və ya elektron bilet nömrəsi - onlar poçtunuza gələn marşrut qəbzindədir;
  • alış zamanı qeyd etdiyiniz e-mail ünvanı;
  • gediş hava limanı;
  • bəzən — gediş tarixi və vaxtı, uçuş nömrəsi.
Qeydiyyat zamanı siz yer seçə bilərsiniz, adətən bu xidmət ödənişlidir. Yer almamağı seçsəniz, sistem avtomatik olaraq oturacağı təyin edəcək.

Minik talonu

Onlayn qeydiyyatdan keçdikdən sonra siz minik talonunuzu elektron poçtla alacaqsınız. Hava limanında təqdim edəcəksiniz.
Bəzi aviaşirkətlər və hava limanları minik talonunun şəklini də qəbul edir. Yəni sənədi çap etmək lazım deyil, sadəcə olaraq onu saxlayıb telefonunuzda göstərin.
Bəzi hallarda təyyarəyə buraxılmaq üçün çap olunmuş minik talonu tələb olunur. Əgər baqajsız uçursunuzsa, qeydiyyat masasına getmək lazım olmayacaq. Sadəcə talonu xüsusi avtomatda çap edin – kənardan belə avtomatlar bankomata oxşayır. Adi printerdə çap olunan minik talonu da qəbul olunur.
Bəzi aviaşirkətlər sərnişinlərin hava limanında qeydiyyatı və biletin çapı üçün əlavə rüsum tələb edir. Buna görə də, artıq ödəniş etmək istəmirsinizsə, uçuşdan əvvəl aviaşirkətlərin qaydalarını yoxlayın.

Onlayn qeydiyyat mümkün olmadıqda

Bəzi hallarda onlayn qeydiyyatdan keçmək mümkün deyil:
  • bəzi hava limanlarından uçuş zamanı;
  • 5-12 yaşlı (bazən 16 yaşadək) uşaq aviaşirkət nəzarəti altında, böyüklərsiz uçanda;
  • heyvanlarla uçduğunuz halda.

Bileti çap etmək lazımdır

Qısa desək — yox.
Marşrut qəbzi, bütün detalları — vaxt, gediş və gəliş hava limanı, sərnişin məlumatları və digərləri ilə uçuşda bir yerin alınmasını təsdiqləyən elektron biletdir. Bilet sifariş zamanı qeyd etdiyinin e-mail ünvanına gəlir. Ödənişdən sonra adətən 3 saat kifayətdir ki, satıcı bileti göndərsin.Hava limanında marşrut qəbzini göstərməyə ehtiyac yoxdur. Məlumatlarınız artıq aviaşirkətdə var, belə ki, uçuşa qeydiyyat üçün yalnız pasport lazımdır.
Uçuş üçün minik talonuna ehtiyacınız var. Onu hava limanında qeydiyyat masasında, özünü qeydiyyat avtomatında və ya onlayn qeydiyyat zamanı əldə edə bilərsiniz. Onlayn qeydiyyatdan keçsəniz, minik talonu e-mail ünvanınıza göndəriləcək. Onu telefona yükləyə və ya çap edə biləsrinis.
Bəzi aviaşirkətlər hava limanında bilet çap etmək üçün əlavə ödəniş tələb edir. Bunu çox vaxt loukosterlər edir. Buna görə də, əlavə ödəniş etmək istəmirsinizsə, yola düşməzdən əvvəl aviaşirkətlərin qaydalarını yoxlayın.
Bilet poçta gəlməyibsə, Spam qovluğunu yoxlayın - məktublar orada bitir. Daha ətraflı məlumat üçün bu məqaləni oxuya bilərsiniz: “Mənə Bilet gəlmədi”.
Məqaləmiz sizə kömək etdimi?