Bizə yazın
Bütün məqalələr /

Bileti qaytarmaq/dəyişmək istəyirəm. Bunu necə edim?

Ödənişin geri qaytarılması və ya biletin dəyişdirilməsi, aviaşirkətin qaydalarından və biletin tarifindən asılıdır. Bəzi hallarda biletin tam ödənişi qaytarılır və ya bilet əlavə ödənişsiz dəyişdirilir, bəzən isə agentlik qaytarılma və ya dəyişdirilmə ilə köməklik etmək üçün əlavə ödəniş tələb edir. Bəzi tariflər bileti əlavə ödənişlə dəyişdirmək və ya qaytarmaq imkanı verir, bəziləri ilə isə bunu etmək mümkün deyil.
Əgər uçuşunuz ləğv olunursa, ödənişi geri ala və ya gələcək uçuşlar üçün vauçerə dəyişdirə bilərsiniz. Şərtləri öyrənmək üçün satıcıya müraciət etməlisiniz. Satıcı haqqında mlumat biletlə e-mail ünvanınıza göndərilir.

Əgər siz reysə gecikdinizsə

Əgər uçuşa çatmayacağınızdan əminsinizsə, mümkün qədər tez aviaşirkətlə əlaqə saxlayın və onlara uçmayacağınızı bildirin. Bir və ya daha çox köçürülməniz varsa, və onlar bir yerdə rezervasiya edilibsə (bütün marşrut bir biletdədir), ilk reysə geciksəniz, bütün marşruta gecikmiş kimi hesablanacaqsınız, və bütün marşrut ləğv olunacaq.
Hava limanındasınızsa, uçmalı olduğunuz hava yolu nümayəndələrinə yaxınlaşın və seçimlərinizin nə olduğunu soruşun. Vəziyyəti təsvir edin və aviaşirkətin sizi ən yaxın uçuşa köçürə biləcəyini və ya əlavə ödəniş ilə başqa uçuş seçmək imkanı verə biləcəyini öyrənin.
Sərnişinin şəxsi səbəblərə görə uçuşa gecikməsi dəyişdirilmə və ya ödənişin geri qaytarılması üçün əsas deyil. Hər şey aviaşirkətin qaydalarından və sizin biletinizin tarifindən asılıdır.

Əgər xəstəliyə görə uça bilmirsinizsə

Təəssüf ki, xəstəlik biletin dəyişdirilməsi və ya geri qaytarılması üçün əsas deyil. Gediş tarixlərini dəyişdirmək və ya biletin tərifi bunu nəzərdə tutursa, pulu geri qaytarmaq mümkündür. Tarif haqqında məlumat biletdə qeyd olunur. Əlavə məlumat almaq üçün satıcı ilə əlaqə saxlaya bilərsiniz.
Bilet satıcısı ilə necə əlaqə saxlamaq olar
Əlaqə məlumatlarını görmək üçün aviaşirkətin və ya agentliyin adını daxil edin
Əgər köməyə ehtiyacınız varsa, səhifənin aşağı hissəsindəki rəy formasında vəziyyəti təsvir edin və biletinizi əlavə edin. Bilet alış zamanı qeyd etdiyiniz e-mail ünvanına ödənişdən sonra 3 saat ərzində göndərilir.
Məqaləmiz sizə kömək etdimi?
Əlaqə məlumatı
Dəstəklə əlaqə saxlamaq üçün profilə daxil olun