Bütün məqalələr /

Sayt necə işləyir

Axtarış forması

  1. Haradan və hara uçmaq istədiyinizi göstərin.
  2. Uçuş və qayıdış tarixini seçin - “Gediş” və ya “Dönüş” pəncərəsini bassanız təqvim açılır.
  3. Siz yalnız bir istiqamətdə uçacaqsınız? “Dönüş bileti lazım deyil” düyməsini basın.
  4. Sağdakı sahədə böyüklərin, uşaqların (2 yaşdan 12 yaşa qədər) və körpələrin (2 yaşa qədər) sayını göstərin. Orada xidmət sinfini seçmək olar - Ekonom, Komfort, Biznes və ya Birinci sinif.
  5. Gəliş şəhərində otelləri axtarmaq üçün “Booking.com yeni pəncərədə açın” qutusunu işarələyin.
  6. Hər şeyi etdiniz? Böyük narıncı düyməni basın - “Bilet tapmaq”.
Əgər tətbiqdə axtarış edirsinizsə, axtarışdan əvvəl profilinizdə “Regional” ayarları seçin və ölkənizi qeyd edin. Bu halda sizə uyğun biletləri və tərəfdaşları görəcəksiniz.

Axtarış nəticələri

“Bilet tapmaq” düyməsinə basıldıqdan sonra ilk nəticələr axtarış tamamlanmadan əvvəl ekranda görünəcək. Bütün biletləri, o cümlədən ən ucuzları görmək üçün axtarışın bitməsini gözləyin. Uzun çəkmir - maksimum 30 saniyə.
Əgər tətbiqdə axtarış edirsinizsə, axtarış siz istiqaməti və tarixləri seçdikdən sonra başlayacaq.
Axtarış nəticələri – qiymətlər, gediş və gəliş tarixi və vaxtı, hava limanları, köçürmələrin sayı və uzunluğu, əl yükü və baqaj məlumatı, satıcı seçimləridir.
Aviasales uçuşun xüsusiyyətlərini dərhal müəyyənləşdirir və onları simvollar şəklində göstərir. Məsələn, qum saatı (uzun köçürülmə) və ya yarım ay (gecə köçürülməsi) görmək olar.
Həm saytda, həm də tətbiqdə birbaşa (əgər varsa) və köçürülməli uçuşları göstəririk. Müqayisə edin və ə rahatını seçin.
Reysin nömrəsini və uçuş haqqında ətraflı məlumatı görməl üçün biletin özünə, açıldıqda isə “Ətraflı” düyməsini basın.
Reysin nömrəsini və əlavə ətraflı məlumatı öyrənmək üçün biletə tıklayın. Biet açılanda isə “Ətraflı” düyməsini basın. Tərəfdaşımızın reys haqqında bizə ötürdüyü bütün məlumatı göstərəcəyik.

Qrafik və qiymət cədvəli

Qrafik və cədvəli yaxın tarixlərə və ya digər aylara olan qiymətlərlə müqayisə etmək üçün istifadə edin. Orada son həftə ərzində digər istifadəçilər tərəfindən tapılmış ən ucuz qiymətləri göstəririk. İstiqamət nə qədər populyar olsa, bir o qədər çox qiymət göstərlir.

Filtrlər

Filtrlərdən istifadə edərək, köçürülmə sayı, gediş və gəliş vaxtı, baqaj, köçürülmə müddəti, hava limanları, aviaşirkətlər və digər parametrləri seçərək özünüzə uyğunlaşıra bilərsiniz. Aviasales saytında filtrlər axtarış zamanı ekranın sol tərəfindədir, tətbiqdə isə “Filtrlər” düyməsi ekranın aşağı hissəsində yerləşir.
Ən aşağı hissədə biletləri müxtəlif parametrlərə görə çeşidləyə bilərsiniz: “ilk olaraq tövsiyə olunan”, “əvvəlcə ən ucuz”, “gediş vaxtı” və s. İstədiyiniz seçimi əlavə edə və ya filtrləri yığışdıra bilərsiniz.

Faydalı məsləhətlər

  • Biletləri birbaşa gediş-gəliş almaq ayrı-ayrılıqda almaqdan daha sərfəlidir.
  • Təqvimdə ən ucuz biletləri olan tarixlərin yaşıl olduğunu görəcəksiniz.
  • Aviaşirkətlərin çoxu 2 yaşadək körpələrə yer verilməməsi şartilə endirimli biletlər təklif edir. Bu o deməkdir ki, körpə valideynin qucağında uçur. Aviaşirkətlərin bir qydası da var – körpələr ancaq boyüklərlə birgə uça bilər. Bir böyük iki körpə ilə uçursa, körpələrdən birinə yerli tam bilet alınmalıdır.
  • Siz ancaq istiqaməti deyil, lazım olan hava limanını da qeyd edə bilərsiniz. Bunun üçün şəhəri qeyd edin və lazım olan hava limanını seçin.

Biletin alınması

Bilet almağa keçməzdən əvvəl bilet kartına baxın.
Kartda adətən uçuş haqqında məlumat var: uçuşu həyata keçirən aviaşirkət, gediş və gəliş şəhərləri, baqaj haqqında məlumat.
Bilet kartında baqajsız tarifdirsə, baqaj satıcının saytında əlavə oluna bilər.
Müvafiq biletin üzərinə klikləyin və müxtəlif satıcıların təkliflərini seçin. Bəyəndiyiniz təklifi üzərində qiymət göstərilən narıncı düyməni basaraq seçin.
Sizi şirkətin saytına yönəldəcəyik. Satıcının saytına daxil olduqdan sonra sizə sadəcə sərnişin məlumatlarını doldurmaq, düzgün telefon və e-mail ünvanını daxil etmək və bank kartı məlumatlarını doldurmaq qalır.
Məlumatlara diqqət yetirin:
  1. Sərnişinlərin ad, soyad, pasport məlumatını doğru qeyd etdiyinzdən əmin olun. Yazı səhvlərini düzəltmək çox vaxt ödənişlidir.
  2. Getdiyiniz ölkənin viza, passport və kovid tələblərin yoxlayın – tələblər tez-tez dəyişir. Paposrtunuzun bitmə vaxtının getdiyiniz ölkənin tələblərinə uyğun olduğunu dəqiqləşdirin.
  3. E-mail ünvanınızı düzgün daxil etdiyinizi yoxlayın – əgər onun yazılışında səhv etsəniz, bilet gəlməyəcək və onu əldə etmək üçün satıcı ilə əlavə əlaqə saxlamalı olacaqsınız.
  4. Və nəhayət, gediş və gəliş tarixlərini, şəhərləri və hava limanlarını yoxlayın — hər ehtimala qarşı.
Ən son addım – biletin ödənişini edin. Satıcı bileti qeyd etdiyiniz e-mail ünvanına alışdan sonra göndərəcək.
Məqaləmiz sizə kömək etdimi?