Bütün məqalələr /

Çarter reysi nədir

Bu, turoperator və ya başqa şirkət tərəfindən icarə əsnasında sifariş edilən uçuşdur.
Daha aydın olması üçün təsəvvür edin ki, turizm agentliyi bir qrup insanı İtaliyanın əyalətinə bir yerə tətilə göndərmək istəyir, lakin hal-hazırda ora birbaşa uçuş yoxdur. Bu uçuşları yerinə yetirmək üçün turizm agentliyi təyyarəni ecarəyə götürür.

Çarter reysi üçün bilet alarkən nələri yadda saxlamalısınız

  • Alışdan sonra e-mail ünvanınıza vauçer göndərlir. Bilet isə uçuşdan bir gün əvvəl göndəriləcək.
  • Çarter biletləri geri qaytarılmır. Planlarınız dəyişsə, bileti dəyişdirə bilməyəcəksiniz.
  • Uçuş gecikdirilə və ya təxirə salına bilər. Bəzən uçuş şəhərin daxilində bir hava limanından digərinə köçürülür - buna da hazır olmaq lazımdır. Dəyişikliklər sizə telefon və ya e-mail vasitəsilə bildiriləcək.
  • Həmişə onlayn qeydiyyatdan keçmək mümkün olmayacaq.
  • Belə uçuşlar üçün aviaşirkətin milləri və bonusları hesablanmır.
  • Çarterlərin bir əsas üstünlüyü var. Adətən adi uçuşlara nisbətən daha ucuz olurlar.
Bu arada, bileti aviasales.az saytında axtardığınız halda, uçuşun çarter olduğunu görə bilərsiniz. Bu məlumat bilet kartında və ya kartın içində qeyd olunur.
Məqaləmiz sizə kömək etdimi?